24 
05
23
18:52
473

Nizami rayonunda məhkəmə qərarlarını heçə sayan "Karayev city MTK" və bu haqsızlığa göz yumanlar - VİDEO

24, 05, 23
18:52
473

Nizami rayonunda məhkəmə qərarlarını heçə sayan "Karayev city MTK" və bu haqsızlığa göz yumanlar - VİDEO

İkinci qrup əlili Məmmədağa Abdullayev Patrul.az və Baku.es-ə müraciət edərək bildirir ki, o, Nizami rayonu, Kamil Balakişiyev və Şirin Mirzəyev küçələrinin kəsişməsində mağaza işlədir. Daha doğrusu artıq işlədə bilmir. Çünki ərazidə tikinti aparan “Karayev City MTK” rəhbərliyi ərazini hasara alıb və onun mağazasının girişini hər tərəfdən bağlayıb. İki ildir ki, aralarında məhkəmə prosesləri gedir. 6 dəfə məhkəmə olub. Hər birində də qərar mağaza sahibinin xeyrinə yekunlaşıb. Qərarlarda obyektə rahat giriş-çıxışın təmin olunmalı, hasarların sökülməli olduğu qeyd olunub. Lakin MTK rəhbərliyi bu günə qədər həmin qərarları icra etmir. Əksinə qaz sayğaclarını söküb, işıq naqillərini kəsiblər. Burada hər an faciə yaşana bilər. Binanı yararsız hala salıblar ki, bu da narkomanların məskəninə çevrilib. Ümumi istifadə olan yaşayış binasını, sakinlər tərəfindən salınan yaşıllığı qeyri-qanuni hasara alıblar. Qısa desək bütün vasitələrə əl atırlar ki, sahibkar bezib ya obyekti satsın, ya da qanunların işləmədiyindən bezib onlara qarşı cinayətə əl atsın. Nədənsə məhkəmə icraçıları da bu qanunsuzluğu sükutla müşahidə edirlər. Tikinti zamanı isə saymaqla bitməyən nöqsanlara yol verilir. Digər bina ilə bu bina arasında cəmi təxminən bir metr məsafə saxlayıblar. Buradakı yaşıllıq sahəsi hasara alınıb və çox güman ki, səssiz və qaranlıq gecələrin birində yaşıllığın soyqırımı olacaq. Səssiz və qaranlıq gecələr demişkən, ətrafdakı sakinlər bildirirlər ki, nədənsə burada tikinti işləri qeyri iş günləri daha sürətlə davam edir. Sözsüz ki, qayda pozuntularını qeydə alacaq dövlət idarələri rəsmilərinin işdə olmamasını fürsət bilirlər. Tikintidə işləyən fəhlələrin isə heç bir təhlükəsizliyi təmin olunmayıb, təhlükəsizlik tədbirləri görülməyib. Bəs görəsən başda məhkəmə icraçıları olmaqla bütün digər aidiyyatı qurumlar nə gözləyirlər?!

Bizimlə əlaqə saxlayın

birbank