19 
05
23
21:44
474

Sürücülük vəsiqəsi olmayan uşaqlara avtomobil verirlər VİDEO

19, 05, 23
21:44
474

Sürücülük vəsiqəsi olmayan uşaqlara avtomobil verirlər VİDEO

Bir neçə icarə avtomobil şirkəti rəhbərləri Patrul.az-a müraciət edərək çox ciddi bir problem ilə rastlaşdıqlarını bildiriblər. Onlar bildirirlər ki, öz şəxsi əlaqələri vasitəsilə öyrəniblər ki,  "whatsapp"da  “sürücülük vəsiqəsi olmadan avtomobil” adlı qrup yaradılıb və 300 nəfərə yaxın məktəbli, azyaşlını həmin qrupa toplayıblar. Həmin qrup üzvlərinin də sürücülük vəsiqəsi yoxdur. Qrupa avtomobil şəkilləri atıb həmin azyaşlı uşaqlara saatlıq icarə təklif edirlər. Təklif olunan avtomobillər isə icarə şirkətlərindən götürülür. Yəni qrup adminləri məsələn günü 100 manata icarə avtomobil götürür, sonra həmin qruplarda o avtomobili azyaşlı uşaqlara 2-3 saatı 100 manata təklif edirlər. Beləliklə bir avtomobil gündə bir neçə azyaşlı uşağa verilir və götürdüyü qiymətdən bir neçə qat artıq qazanırlar. Vəsiqəsi olmayan uşaqların avtomobil sürə bilib-bilməməyi, qəza edib özünün, ətrafdakı insanların həyatına təhlükə yaşatmağı, insan ölümü və digər ağlagəlməz faciələr isə bu şəxslər üçün maraqlı deyil. Ümid edirik ki, ağır faciələr baş verməmiş, səlahiyyətli orqanlar bu şəxslər barədə qanunamüvafiq tədbirlər görəcək.

Bizimlə əlaqə saxlayın

birbank