05 
09
21
15:44
144
yuxarı
Vaksin olunmayıb, amma sertifikatı var - VİDEO
Vaksin olunmayıb, amma sertifikatı var - VİDEO
Bakıda ilk dəfə peyvənd üçün poliklinikaya müraciət edən şəxsə vaksin vurulmayib. Səbəb göstərilib ki, ona Beyləqanda birinci doza peyvənd vurulub.
PATRUL.AZ "Xəzər TV"yə istinadən xəbər verir ki, paytaxt sakini Samir Əsədov koronavirus əleyhinə peyvənd edilmək üçün onlayn növbə götürüb.
Vaksinasiyanın təyin edildiyi gün Suraxanı rayonu, Bülbülə qəsəbəsindəki 24 saylı şəhər poliklinikasına yaxınlaşanda isə qəribə vəziyyətlə üzləşib. Ona deyilib ki, adı peyvənd olunmuş şəxslərin siyahısındadır. Ona görə də Samir Əsədovun vaksinasiyasından imtina edilib.
Bundan sonra Samir Əsədov aidiyyəti üzrə müraciət edib. O iddia edir ki, heç vaxt Beyləqan rayonunda olmayıb.
Rayon xəstəxanasından bildirilib ki, aparılan araşdırmalardan sonra məlum olub ki, vaksinin vurulduğu Beyləqan sakini Samir Əsədovun ümumiyyətlə şəxsiyyət vəsiqəsi yoxdur. Yalnız doğum haqqında şəhadətnaməsi var. Bildirilib ki, vaksinasiya ilə bağlı qeydiyyat aparanlar onun ad, soyad və ata adını yazarkən sistemdə çıxan şəkilə diqqət etməyiblər. Xəstəxanadan onu da əlavə ediblər ki, yaranmış problem tez bir zamanda həll olunacaq.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək