26 
04
21
15:49
109

Təhsil Nazirliyi valideynlərə çağırış edib

26, 04, 21
15:49
109

Təhsil Nazirliyi valideynlərə çağırış edib

Təhsil Nazirliyi valideynləri rus bölməsi üzrə I sinfə qəbul olmaq istəyən şagirdlərin müsahibələrinə müdaxilə etməməyə çağırıb.

PATRUL.AZ xəbər verir ki, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov validenylərin müsahibələr zamanı uşaqlara kömək etməməsini məsləhət görüb.

“Onlar bununla övladını çaşdırır və psixoloji təzyiq edirlər. Valideynlər onlayn müsahibələrə qoşulmağa yardım edə bilərlər. Hər bir valideynin müdaxiləsi bizim işçilər tərəfindən bilinir. Bu, uşaqların nəticəsinin qənaətbəxş sayılmamasına səbəb ola bilər”, - o deyib.

Bizimlə əlaqə saxlayın

birbank