26 
02
21
18:12
227

Səkini zəbt edən MTK sahibi - VİDEO

26, 02, 21
18:12
227

Səkini zəbt edən MTK sahibi - VİDEO

Xətai prospekti 40 A ünvanında yaşayan sakinlər PATRUL.AZ saytına müraciət edərək bildiriblər ki, yaşadıqları Bəm-Bəyaz MTK-nın sahibi Heydərov Aydın Vəli oğlu piyadalar üçün nəzərdə tutulan səkini zəbt edib, ümumi istifadə üçün nəzərdə tutulan səkini özəl mülki kimi əhatəyə alıb.

Bu səbəbdən də piyadalar hər an həyati təhlükə yaşayaraq məcbur olaraq avtomobillər üçün nəzərdə tutulan yolla gedirlər. Uşaq arabası, əlil arabası hərəkət etmək isə mümkün deyil.

Sakinlər bununla bağlı Bakı Şəhər İcra hakimiyyəti, Nəsimi rayonu icra hakimiyyəti də daxil olmaqla bir neçə dövlət idarələrinə müraciət etsələr də vəziyyət olduğu kimi qalır. Görəsən səlahiyyətli orqanlar bu halın nə vaxta kimi davam etməsini gözləyirlər? Bəlkə gözləyirlər ki, avtomobillər səkinin zəbt olması səbəbindən yol ilə gedən piyadalardan bir neçəsini öldürsün ondan sonra hərəkətə başlasınlar?

Bizimlə əlaqə saxlayın

birbank