11 
01
21
13:15
305

Siyəzəndə bu il karantin qaydalarını pozan 1052 nəfər cərimələnib

11, 01, 21
13:15
305

Siyəzəndə bu il karantin qaydalarını pozan 1052 nəfər cərimələnib

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları ölkədə elan edilən karantin rejiminin tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət edir, gücləndirilmiş iş rejimində xidmət aparırlar. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən PATRUL.AZ-a verilən məlumata görə, şöbə əməkdaşları mütəmadi olaraq rayon ərazisində açıq havada, küçə və prospektlərdə, eləcə də ticarət mərkəzlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərlə bağlı reydlər keçirir, onlara COVID-19 infeksiyasının fəsadları və tibbi maskadan istifadənin zəruriliyi bərədə məlumat verir, özlərinin və yaxınlarının sağlamlıqları üçün mövcud qaydalara mütləq qaydada riayət etmələrinin vacibliyini çatdırırlar. 

Lakin pandemiyanın ölkə ərazisində yayılmasının ilk günlərindən başlayaraq rayon ərazisində keçirilən reydlər zamanı edilən xəbərdarlıqlara baxmayaraq qaydaları pozmaqda davam edən şəxslər də aşkarlanıb və onlar barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.


Bizimlə əlaqə saxlayın

birbank