03 
07
20
10:47
1 125

Gizli işləyən oyun zalı aşkar edildi, 16 nəfər cərimələndi - FOTO

03, 07, 20
10:47
1 125

Gizli işləyən oyun zalı aşkar edildi, 16 nəfər cərimələndi - FOTO

İsmayıllıda karantin qaydalarını pozan icarədar və müştərilər cərimələnib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan patrul.az-a verilən məlumata görə, İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində xidmət aparan zaman karantin qaydalarının pozulduğu oyun zalı aşkar edilib. İçərilərində azyaşlılar da olmaqla 20-yə yaxın şəxsin “play station” zalında tibbi maskadan istifadə etmədən, eləcə də ara məsafəsini gözləmədən əyləşdikləri müəyyən olunub. Obyekti işlədən şəxsə və müştərilərə öz sağlamlıqlarını qorumaları üçün qaydalara riayət etmələrinin vacibliyi diqqətə çatdırılıb.

İcarədar və 15 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.









Bizimlə əlaqə saxlayın

birbank