01 
07
20
10:43
2 299

Xaçmazda silah-sursat aşkar edildi - FOTO

01, 07, 20
10:43
2 299

Xaçmazda silah-sursat aşkar edildi - FOTO

Xaçmaz rayonunda silah-sursat aşkar olunub.

patrul.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə,  Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Niyazabad kəndi ərazisində yerləşən məişət tullantıları yığılan ərazidə müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub. 

Məlumatla əlaqədar dərhal Xaçmaz  RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək baxış keçiriblər və aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ərazidən altı ədəd üzərində partladıcısı olmayan F-1 əl qumbarası, 361 ədəd 7.62 mm-lik, 96 ədəd 5.45 mm-lik, 16 ədəd 9 mm-lik, yeddi ədəd 12.7 mm-lik və 14.5 mm-lik patronlar aşkar olunub. 

Polis əməkdaşları tərəfindən aşkar olunan əl qumbaraları və patronlar saxlanılması üçün aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib.

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır.


Bizimlə əlaqə saxlayın

birbank