29 
06
20
16:19
4 042

Ayan Bayramova karantin qaydalarını pozub "instagram"da yayımladı - VİDEO

29, 06, 20
16:19
4 042

Ayan Bayramova karantin qaydalarını pozub "instagram"da yayımladı - VİDEO

"İnstagram"da minlərlə izləyicisi olan Ayan Bayramova adlı istifadəçi canlı yayımda karantin qaydalarını pozduğunu sərgiləyib.

patrul.az xəbər verir ki, "instagram" vasitəsi ilə canlı yayım açan xanım 8103-ə SMS yazaraq gəldiyini bildirib.

Belə ki, canlı yayım zamanı izləyicilərindən gələn sualları cavablandıran xanım, gün ərzində 5 dəfə SMS icazə aldığını buna görə də restorana gəldiyini deyib. O bildirb ki, güdə 5 icazə almaq imkanı var.

"instagram" istifadəçisi olan xanım, bu əməli ilə həm karantin qaydalarını pozub, həm də bunu minlərlə izləyicisinə nümayiş etdirərək onlara qanunsuz əməllərini sərgiləyib.

Bu kimi hallar isə cəmiyyətdə qanunların rahatlıqla pozulabiləcəyi düşüncəsini formalaşdırır ki, bunun özü belə qanunazidd əməldir.

Ümid edirik ki, məsələ lazımı formada araşdırılacaq və hüquqi çərçivədə öz həllini tapacaq.

Bizimlə əlaqə saxlayın

birbank