29 
05
20
10:47
590

Bakıda qardaş qardaşı bıçaqladı

29, 05, 20
10:47
590

Bakıda qardaş qardaşı bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

patrul.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. 

Zabrat qəsəbəsində 1979-cu il təvəllüdlü Niyaməddin Həsənov kiçik qardaşı tərəfindən iki bıçaq xəsarəti alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı onun boyun və qarın boşluğunda kəsilmiş-deşilmiş yaralar aşkarlanıb. N.Həsənov cərrahi əməliyyat olunub.

İlkin məlumata görə, hadisəni törədən şəxs sərxoş imiş. 

Faktla bağlı araşdırma aparılır.

İstinad edildi: Report

Bizimlə əlaqə saxlayın

birbank