10 
11
19
14:10
296

Sürücü sükan arxasında yatdı; Bir nəfər öldü, iki nəfər isə yaralandı

10, 11, 19
14:10
296

Sürücü sükan arxasında yatdı; Bir nəfər öldü, iki nəfər isə yaralandı

Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən 75-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Bakı sakini 45 yaşlı Vüqar Özxan oğlu Musayevin idarə etdiyi “VAZ-2106” markalı 10 OX 073 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin, sürücünün əmisi 58 yaşlı Salyan rayonunun Peyk kənd sakini Musa Rəşid oğlu Musayev hadisə yerində ölüb.
Sürücünün avtomobildə olan digər əmisi Salyan rayonunun Peyk kənd sakini, 62 yaşlı Vəlixan Rəşid oğlu Musayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Qəzaya səbəb sürücünün sükan arxasında yuxulaması olub.
Qeyd edilir ki, qəzaya düşən ailə Lerik rayonundan yas yerindən qayıdırmış.
Faktla bağlı araşdırma aparılır.

patrul.az

Bizimlə əlaqə saxlayın

birbank