08 
12
19
14:10
292
yuxarı
Salyanda yol qəzası olub, xəsarət alan var
Salyanda yol qəzası olub, xəsarət alan var
Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
patrul.az, Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Yenikənd kəndində qeydə alınıb.
Kənd sakini, 1995-ci il təvəllüdlü Talışlı Həmid Kamran oğlu idarə etdiyi ”Jiquli” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və maşın maneəyə çırpılıb.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək