30 
11
19
13:15
272

Ağdaş-Bakı reysində 5000 manatlıq oğurluq - QIZILLARI BAQAJDAN APARIBLAR

30, 11, 19
13:15
272

Ağdaş-Bakı reysində 5000 manatlıq oğurluq - QIZILLARI BAQAJDAN APARIBLAR

Ağdaşdan paytaxta sərnişin daşıyan mikroavtobusda oğurluq olub.

patrul.az APA-ya istinadən xəbər verir ki, fakt noyabrın 14-də yolun Hacıqabul rayonundan keçən hissəsində - Muğan qəsəbəsi ərazisində qeydə alınıb.

Bakıya gələn sərnişinlərdən Ağdaş rayonu Ləki qəsəbə sakini Mollayeva Gülnar Mehman qızının 5 min manat dəyərində qızıl-zinət əşyaları nəqliyyat vasitəsinin yük yerindən oğurlanıb. Bu barədə qadın polisə 2 gün sonra məlumat verib.

Araşdırmalardan sonra keçirilən əməliyyatla oğurluq etməkdə şübhəli bilinən Yevlax sakini, 34 yaşlı keçmiş məhkum Bəkirov Həsrət Ramiz oğlu saxlanılıb. Həsrətin satdığı qızılların bir qismi onu alan adamlardan maddi sübut kimi geri alınıb.

Faktla bağlı cinayət işi açılıb.

patrul.az

Bizimlə əlaqə saxlayın

birbank