27 
01
20
11:46
224

Bakı-Salyan şossesində iki avtomobil toqquşub, bir nəfər xəsarət alıb - FOTO/VİDEO

27, 01, 20
11:46
224

Bakı-Salyan şossesində iki avtomobil toqquşub, bir nəfər xəsarət alıb - FOTO/VİDEO

Bakının Səbail rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

patrul.az xəbər verir ki, qəza Bakı-Salyan magistralında qeydə alınıb.

Bəhruz Nəcəfli etiraf edib ki, idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən işıqforun qırmızı işığından keçmək istəyib.

Bu zaman onun avtomobili işıqforun qırmızı işığında dayanmış Məhərrəm Hüseynlinin idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Hadisə zamanı M.Hüseynli xəsarət alıb.

Əraziyə Səbail Rayon DYP əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin edilib.

Hadisənin təfərrüatı araşdırılır.

İstinad edildi: APA

Bizimlə əlaqə saxlayın

birbank