22 
11
19
12:05
270

Binəqədidə iki, Qaradağda bir nəfəri maşın vurdu

22, 11, 19
12:05
270

Binəqədidə iki, Qaradağda bir nəfəri maşın vurdu

Axşam saatlarında baş verən yol-nəqliyyat hadisələri zamanı ümumilikdə 3 nəfər xəsarət alıb.

patrul.az xəbər verir ki, hadisələrdən ikisi Binəqədi rayonunda baş verib.

Biləcəri qəsəbəsində avtomobil yolu keçmək istəyən 2007-ci il təvəllüdlü Əliyeva Aysun Hikmət qızını vurub.

Analoji hadisə Xocasən qəsəbəsində də qeydə alınıb. Piyada keçidindən yolu keçən 1984-cü il təvəllüdlü Hüseynov Valeh Rafiq oğlunu minik avtomobili vurub.

Qaradağ rayonunda isə minik avtomobili Binə Ticarət Mərkəzinin qarşısından yolu keçən 1999-cu il təvəllüdlü Məmmədova Həlimə Ədalət qızını vurub.

Hər üç yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Baş verən hadisələrlə bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

birbank