20 
11
19
17:32
1 052

Yanan gəlin maşınının əvvəlki və SON GÖRÜNTÜLƏRİ - FOTO/VİDEO

20, 11, 19
17:32
1 052

Yanan gəlin maşınının əvvəlki və SON GÖRÜNTÜLƏRİ - FOTO/VİDEO

Paytaxt Bakıda toy üçün bəzədilən gəlin maşınlarından biri Heydər Əliyev prospektində yanıb.

patrul.az xəbər verir ki, bu barədə redaksiyamızın "Qaynar Xətti"nə izləyicilər məlumat göndərib.

Aldığımız ilkin məlumata görə “HOLLYWOOD” rent a car şirkətinə məxsus olan 99 ME 095 dövlət qeydiyyat nişanlı Audi R8 markalı avtomobil toy üçün kirayələnib. Bəy və gəlini götürmək üçün gedərkən yolda naməlum səbəbdən avtomobil yanmağa başlayıb.

Şirkətdən redaksiyamıza verilən məlumatda bildirilir ki, avtomobili idarə edən Cəfər adlı şirkət əməkdaşı olub. Avtomobildə yalnız sürücü olub .
Xəsarət alan olmayıb. Lakin görüntülərdən də göründüyü kimi maşın tam yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Yanan gəlin maşınının əvvəlki və SON GÖRÜNTÜLƏRİ - FOTO/VİDEO











Bizimlə əlaqə saxlayın

birbank