26 
04
24
20:36
5 533

Bədən şəkilləndirmə etdirmək istəyən xanımın ŞOK FOTOLARI - "Azer Türk Med" kilnikasında həyəcan siqnalı

26, 04, 24
20:36
5 533

Bədən şəkilləndirmə etdirmək istəyən xanımın ŞOK FOTOLARI - "Azer Türk Med" kilnikasında həyəcan siqnalı

“Azərbaycan Reallığı"na müraciət edən vətəndaş N.Baxşəliyeva (Ad və soyadları şərti verilib – red.) bildirir ki, estetik bədən şəkilləndirmə əməliyyatı etdirmək üçün "Azer Türk Med" kilnikasında plastik-cərrah həkimi Ülviyyə Ağazadəyə müraciət edir, lakin əməliyyat zamanı vətəndaşın vəziyyəti sözün əsl mənasında dözülməz həddə çatır. 

Fotolardan aydın olur ki, əməliyyat edən şəxs bəlkə ixtisasca da həkim olmayıb. Vətəndaş N.Baxşəliyeva bildirir ki, əməliyyata getdiyi gün vəziyyəti pisləşib, çox qan itirib və həkimə zəng ediblər ki, gəl xəstəyə bax. Həkim Ülviyyə xanım həmin vaxt uşağına ad günü keçirdiyi üçün telefonu söndürmüşdü. "Gecə saatlarında təzyiqim aşağı düşdü, böyrəklər süzmürdü, vəziyyətimin ağır olduğunu görüb səhərə kimi başımın üstündə baş tibb bacısı nəzarət edirdi , vəziyyətimin ağır olduğu vaxtda nə həkim, nə də revmataloq gəlmirdi. Dəfələrlə analizlərin cavabını istəsək də vermirdilər. Yaxınlarım “Sizi polisə verəcəm” təhdidindən sonra analizlərin cavabını ala biliblər və məlum olub ki, mənim yaşamaq ehtimalım çox azdır, hətta saatlar qalıb. Bundan sonra əl-ayağa düşüb təcili yardım çağırıblar, məni Qarayevdə yerləşən "Liv Bona Dea" Hospitalına aparıblar. Ülviyyə həkim də dedi ki,  komfortun üçün ora yaxşıdır. O hospitalın xəstəlik rəyini görəndən sonra sözün əsl mənasında şoka düşdüm. Sən demə məni bura bütün orqan çatışmamazlığı diaqnozu ilə gətiriblər. Mənə tranbasit iynələr vurdular ki, qanım dayansın. 

N.Baxşəliyeva məsələ ilə bağlı dərhal Səhiyyə Nazirliyinə şikayət etsə də, hələ də bir cavab ala bilməyib. “Mən KİV və  adiyyəti qurumlardan mənə köməklik göstərmələrini xahış edirəm" deyə N.Baxşəliyeva bildirib.

Yazıda adı çəkilən qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.




Bizimlə əlaqə saxlayın

birbank