04 
01
20
11:00
233

Zaqatalada avtomobilin vuraraq öldürdüyü qadının kimliyi məlum olub - FOTO - YENİLƏNİB

04, 01, 20
11:00
233

Zaqatalada avtomobilin vuraraq öldürdüyü qadının kimliyi məlum olub - FOTO - YENİLƏNİB

Zaqatalada avtomobilin vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub.

Report-un Şimal-qərb bürosunun məlumatına görə, yol-nəliyyat hadisəsində ölən qadın rayonun Qımır kənd sakini Fərasət Davudovadır. 

Qeyd edək ki, hadisə dünən axşam saatlarında şəhər ərazisində qeydə alınıb. Gəlin maşını kimi bəzədilmiş "Chevrolet Camara" markalı, idman üslublu, 2 nəfərlik "10-RR-024" dövlət qeydiyyat nişanlı avtomobil yolu keçmək istəyən qadını vurub. Ağır xəsarət alan F.Davudova hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

22:53

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhər ərazisində qeydə alınıb.

"Chevrolet Camara" markalı minik avtomobili yolu keçmək istəyən qadını vurub. Ağır xəsarət alan piyada hadisə yerində keçinib.
Onun kimliyi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

patrul.az





Bizimlə əlaqə saxlayın

birbank