04 
03
24
16:40
452

Qəza törədib qaçan “Prius”un nömrəsi hadisə yerində qalıb

04, 03, 24
16:40
452

Qəza törədib qaçan “Prius”un nömrəsi hadisə yerində qalıb

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Patrul.az xəbər verir ki, hadisə Nəcəf Bəy Vəzirov və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, 99 VX 386 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobil , digər avtomobili  vuraraq, hadisə yerindən qaçıb.

Hadisənin maraqlı məqamlarından biri odur ki, hadisə törədərək qaçan “Toyota Prius” markalı avtomobilin Dövlət qeydiyyat nişanı düşərək hadisə yerində qalıb.

Faktla bağlı araşdırma aparılır.





Bizimlə əlaqə saxlayın

birbank