17 
02
24
20:26
531

5-6 manatlıq sifariş götürmüşdü, 25 manatlıq ziyana düşdü - VİDEO

17, 02, 24
20:26
531

5-6 manatlıq sifariş götürmüşdü, 25 manatlıq ziyana düşdü - VİDEO

Bakıda sifarişə çıxan taksi palçıqda bataraq hərəkətsiz qalıb.Hadisə paytaxtın Masazır qəsəbəsində qeydə alınıb. Sürücü ünvana çatanda sifariş verən şəxs gəlməyib. Bundan başqa geri qayıtmaq istəyən sürücü gecə 23:00-dan 03:00-a  kimi bataqlıqda ilişərək qalıb.Əraziyə çağırdığı evakuator da maşını ərazidən çıxara bilməyib. Üstəlik evakuatorun özü də palçıqda bataraq, çıxa bilməyib. Qaynar xəttimizə müraciət edən sürücü iddia edir ki, onu sifariş verən şəxs zəng edərək, kartından çıxan pulun balansına qaytarılmasını tələb edib. 

“5-6 manatlıq sifariş vermişdi. Gəlmədi, üstəlik evakuator çağırdım və mənə 25 manatlıq ziyan dəydi”.

Bizimlə əlaqə saxlayın

birbank