18 
01
24
11:33
129

İtkin düşən məktəblilərdən biri tapıldı - Yenilənib

18, 01, 24
11:33
129

İtkin düşən məktəblilərdən biri tapıldı - Yenilənib

Bakıda iki məktəbli itkin düşüb.


“Qafqazinfo” xəbər verir ki, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə müraciət edən vətəndaş 2007-ci il təvəllüdlü qohumu A.Məmmədovun yanvarın 15-dən itkin düşdüyünü bildirib.

O bildirib ki, A.Məmmədov həmin gün saat 09:00 radələrində Xətai rayonu, Şirvan küçəsində yerləşən 29 saylı orta məktəbə gedib və geri qayıtmayıb.

Bundan başqa, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yaşayan G.Nəzərova da polisə müraciət edərək məktəbli qızının itkin düşdüyünü bildirib. O qeyd edib ki, 2007-ci il təvəllüdlü qızı Z.Nəzərova yanvarın 16-da saat 15 radələrində yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Hər iki müraciət üzrə araşdırma aparılır.

***

17 yaşlı A.Məmmədovun təhsil aldığı 29 nömrəli tam orta məktəb açıqlama yayıb.

Bildirilib ki, 15 və 16 yanvar tarixlərində bir nəfər 11-ci sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dərs prosesində iştirak etməyib: “Sinif rəhbəri məktəblinin himayəsində yaşadığı yaxın qohumu ilə əlaqə saxladıqda şagirdin səhər evdən çıxdığı və sonradan evə qayıtmadığı məlum olub. Uşağın qohumu tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub.

Məktəb rəhbərliyi tərəfindən digər şagirdin köməyi ilə instaqram hesabı vasitəsilə şagirdlə əlaqə saxlanılıb, yeri müəyyən edildikdən sonra hüquq-mühafiqə orqanlarına da məlumat verilib. 

Şagirdlə məktəb rəhbərliyi və psixoloq tərəfindən müvafiq söhbət aparılıb, hazırda məktəbdədir, Böyük Summativ Qiymətləndirmədə (BSQ) iştirak edir”

Bizimlə əlaqə saxlayın

birbank