09 
01
24
17:08
305

Ordumuz müharibədə 62 nəfərlik məşhur erməni bölməsini məhv edibmiş

09, 01, 24
17:08
305

Ordumuz müharibədə 62 nəfərlik məşhur erməni bölməsini məhv edibmiş


44 günlük müharibədə Ermənistanın məşhur "Kimya Bölməsi"nin 40 hərbçisinin ölümü, əsir və itkin düşməsi ilə bağlı iş üzrə məhkəmə iclası başlayıb.


Patrul.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Qeyd olunub ki, 2020-ci il oktyabrın 21-də Zəngilanda 62 hərbçidən ibarət qrup mühasirəyə alınıb. Əsgərlərdən 40-ı öldürülüb, digərləri əsir və ya itkin düşüb.

Hadisə ilə bağlı dörd zabit - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Andranik Makaryan, adıçəkilən hərbi hissənin komandiri Arsen Abqaryan, hərbi hissənin qərargah rəisi Sarqis Kulakçyan və hərbi hissənin çağırış şöbəsinin rəisi Ellada Arutyunyan ittiham olunur.\\Unikal


Bizimlə əlaqə saxlayın

birbank