09 
01
24
16:17
197

Doğum evində diri-diri yanan körpələrə görə ailələrinə kompensasiya veriləcək?

09, 01, 24
16:17
197

Doğum evində diri-diri yanan körpələrə görə ailələrinə kompensasiya veriləcək?

“Əvvəlcə yanğının səbəbi araşdırılmalıdır. Dövlət müəssisəsində körpə uşaqların bu cür faciəvi şəkildə ölməsi olduqca dəhşətli haldır.

 Respublika Perinatal Mərkəzi dövlət xəstəxanasıdır və bu hadisədə Səhiyyə Nazirliyinin, TƏBİB-in, Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti dövlət qurumların məsuliyyəti var".

Bunu Yenisabah.az-a hüquqşünas-vəkil İradə Cəfərova deyib.

O qeyd edib ki, hadisə zamanı tələf olan körpələrin valideynləri kompensasiya ilə bağlı məhkəməyə müraciət edə bilər:

"Əsas məsuliyyət xəstəxananın baş həkiminin üzərinə düşür. Görünür, o, rəhbərlik etdiyi xəstəxananın problemlərindən xəbərsizdir. Çox təəssüf ki, Respublika Perinatal Mərkəzində tez-tez bu cür ciddi problemlər meydana gəlir.

Əlbəttə, ölən uşaqların valideynlərinə övladlarına görə kompensasiya ilə, pulla qaytarmaq mümkün deyil. Bu faciə həmin valideynlər üçün çox böyük sarsıntıdır. Təbii ki, ekspertizanın yekun və konkret rəyindən sonra valideynlər kompensasiya ilə bağlı məhkəməyə müraciət edə bilərlər.

Doğrudur, bu olduqca uzun prosesdir, amma nəticə olaraq kompensasiya alına bilər”.

Xatırladaq ki, Bakının Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində 4 uşağın ölümü ilə nəticələnən faciəvi yanğın baş verib.

Fakt üzrə Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, mərkəzdən təxliyə olunan 26 körpə Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib.


Bizimlə əlaqə saxlayın

birbank