01 
01
24
10:46
789

DİN azərbaycanlı kikboksçu qadının sevgilisi tərəfindən döyülməsi ilə bağlı hərəkətə keçdi

01, 01, 24
10:46
789

DİN azərbaycanlı kikboksçu qadının sevgilisi tərəfindən döyülməsi ilə bağlı hərəkətə keçdi

Daxili İşlər Nazirliyi azərbaycanlı kikboksçu Tulin Ələkbərovanın döyülməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev  bildirib ki, T.Ələkbərovanın döyülməsi barədə araşdırma aparılır:

“Məsələ barədə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, ötən gün kikboksçu Tulin Ələkbərova “Instagram” hesabında sevgilisi tərəfindən ölümcül döyülməsi barədə paylaşım edib. 

O qeyd edib ki, hadisə dekabr ayının 27-si, səhər saatlarında yarımtikili ərazidə baş verib.


Sevgilisi Sübhanın ona xəyanət etdiyini öyrənən T.Ələkbərova danışmaq üçün onu çağırıb.  

Nəticədə aralarında mübahisə yaranıb və danışıq dava ilə bitib.

Bizimlə əlaqə saxlayın

birbank