02 
01
20
11:32
239

Sabunçuda avtomobil piyadanı vurub öldürdü

02, 01, 20
11:32
239

Sabunçuda avtomobil piyadanı vurub öldürdü

Sabunçu rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

patrul.az, APA-ya istinadən xəbər verir ki, rayon ərazisində minik avtomobili yolu keçmək istəyən 1982-ci il təvəllüdlü Cəfərov Şəhriyar Tariyel oğlunu vurub.

Yaralı komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, müştərək travma diaqnozu qoyulub. Ancaq həkimlərin müdaxiləsinə baxmayaraq, Ş.Cəfərov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

birbank