14 
10
23
14:41
156

Zaqatalada ağır qəza - Ölən və yaralananlar var

14, 10, 23
14:41
156

Zaqatalada ağır qəza - Ölən və yaralananlar var

Zaqatalada ağır yol qəzası baş verib.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan "Patrul.az" a məlumata görə, oktyabrın 14-ü saat 10 radələrində Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində Bayram Heydərovun idarə etdiyi “VAZ-2106” və Fikrət Əliyevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ-2106”dakı sərnişin, 1960-cı il təvəllüdlü Zaqatala şəhər sakini Bilalova Yeganə Məhərrəm qızı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki sürücü və “VAZ-2106” markalı avtomobildəki iki sərnişin - Gülnar Heydərova, eləcə də 2017-ci il təvəllüdlü bir azyaşlı xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanılıb.

Bizimlə əlaqə saxlayın

birbank