12 
10
23
07:32
116

Hacıqabuldakı yanğında 5 nəfər öldü - Yenilənib + Fotolar

12, 10, 23
07:32
116

Hacıqabuldakı yanğında 5 nəfər öldü - Yenilənib + Fotolar

Hacıqabulda ikimərtəbəli yataqxanada yanğın olub.
Bu barədə “Patrul.az" a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hadisə rayonunun Navahı qəsəbəsində baş verib.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam edir.
Əlavə məlumat veriləcək.
***Yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Yanğın nəticəsində 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Patrul.az” “Report”a istinadən xəbər verir ki, yataqxanada məskunlaşmış Zəngilan sakinləri, ikisi azyaşlı olmaqla 5 nəfər - 42 yaşlı Aybəniz Abışova, 73 yaşlı Sara Abışova, 80 yaşlı Mütəllim Mahmudov, 11 yaşlı Elgün Sadıqov və bacısı 13 yaşlı Zəhra Sadıqova yanaraq ölüblər.
Hadisə zamanı 2 nəfər isə yanıq xəsarəti alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.







Bizimlə əlaqə saxlayın

birbank