11 
10
23
13:59
1 553

Şirvanda BİABIRÇILIQ: həkim doğuşu gecikdirdi, körpə öldü

11, 10, 23
13:59
1 553

Şirvanda BİABIRÇILIQ: həkim doğuşu gecikdirdi, körpə öldü

Bu il iyulun 22-də Şirvan şəhər sakini, 23 yaşlı Aygün Əzizovanın “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə uşağının ölü doğulması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılıb.

Şirvan şəhər Prokurorluğundan Patrul.az-a verilən xəbərə görə, araşdırma zamanı Aygün Əzizovanın bu il iyulun 20-dən 22-dək bir neçə dəfə doğuş sancıları ilə qeyd edilən xəstəxananın Ginekologiya və doğum şöbəsinə müraciət etməsi, lakin həkim mama-ginekoloqun həmin ağrıların doğuş sancısı olmaması qənaətinə gəlməsi və diaqnozun düzgün təyin edilməməsi nəticəsində dölün ölü doğulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bizimlə əlaqə saxlayın

birbank