02 
01
20
09:32
243

Bakıda 2 ayrı qəzada yeniyetmələr xəsarət alıb

02, 01, 20
09:32
243

Bakıda 2 ayrı qəzada yeniyetmələr xəsarət alıb

Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı yeniyetmə ağır xəsarət alıb.

Qəza Binəqədi-Qobu yolunda qeydə alınıb. Minik avtomobili yolu keçmək istəyən 2003-cü il təvəllüdlü Ağayev Hilal Dostməmməd oğlunu vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona müştərək travma diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir. Analoji hadisə metronun “Azadlıq” stansiyasının yaxınlığında qeydə alınıb.

Avtomobil yolu keçmək istəyən 2000-ci il təvəllüdlü Mehdiyev Əmirxan Manaf oğlunu vurub.

Yaralı xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hər iki faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

patrul.az

Bizimlə əlaqə saxlayın

birbank