01 
01
20
16:39
1 217

Halı pisləşən sürücü dəhşətli qəza törətdi: 8 maşına çırpıldı

01, 01, 20
16:39
1 217

Halı pisləşən sürücü dəhşətli qəza törətdi: 8 maşına çırpıldı

Bakının Nərimanov rayonunda Mercedes GL markalı avtomobil və daha 8 avtomobilin iştiraki ilə zəncirvari qəza baş verib.

Belə ki Təbriz küçəsi ilə hərəkət edən Mercedes GL markalı avtomobilin sürücüsü  səhhətində yaranan problem nəticəsində idarəetməni itirərək Nərimanov parkının qarşısında əks yola çıxıb.

Bu zaman McDonalds-ın qarşısında iki avtomobil ilə toqquşmadan sonra, ayağını əyləcdən çəkə bilməyən sürücü yüksək sürətlə Ağa Neymətulla küçəsi ilə Təbriz küçəsinin kəsişməsini keçdikdən sonra digər avtomobillər ilə toqquşub. Sonda köşkün yanında olan ağaca çırpılaraq dayanıb.  Bu zaman yüksək sürət və toqquşma nəticəsində daha 6 maşına ziyan dəyib.

Şahidlərin bildirdiyinə görə, qəza zamanı Mersedes GL-də sürücüdən başqa bir sərnişin də olub. Hadisə nəticəsində sürücü xəsarət alıb. Əlavə olaraq bildirilib ki, daha bir qadın xəsarət alıb və təcili tibbi yardım ilə hadisə yerindən xəstəxanaya aparılıb.

Hadisə yerinə YPX-nin və Nərimanov rayon polis idarəsinin PPX-nin əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

patrul.az


Bizimlə əlaqə saxlayın

birbank