27 
09
23
08:46
232

Şəkidə oğul ata və anasını bıçaqladı

27, 09, 23
08:46
232

Şəkidə oğul ata və anasını bıçaqladı

Sentyabrın 26-sı saat 23:45 radələrində Şəki rayonunun Cəfərabad kənd sakinləri, 1954-cü il təvəllüdlü Səfər Əhmədov və arvadı, 1959-cu il təvəllüdlü Gülşən Əhmədovanın kəsilmiş-deşilmiş xəsarətlər almaları barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan “Patrul.az" a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənlərin övladı, 1981-ci il təvəllüdlü Yaşar Əhmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.




Bizimlə əlaqə saxlayın

birbank