01 
01
20
11:35
211

Lənkəranda minik avtomobili ilə mikroavtobus toqquşub, sürücü ağır yaralanıb

01, 01, 20
11:35
211

Lənkəranda minik avtomobili ilə mikroavtobus toqquşub, sürücü ağır yaralanıb

Lənkəranda baş verən qəzada sürücü ağır yaralanıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Digah kəndində qarşı-qarşıya gələn "Mercedes Sprinter" və "VAZ 2107" markalı nəqliyyat vasitələri toqquşub. 

Qəza nəticəsində "VAZ 2107" markalı minik avtomobilinin sürücüsü, Göyşaban kənd sakini, 1974-cü il təvəllüdlü Vasif Həmid oğlu Qurbanov ağır yaralanıb və Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

patrul.az

Bizimlə əlaqə saxlayın

birbank