01 
01
20
09:54
261

Bakı metrosunda qatar yoluna pirotexniki vasitə atıldı

01, 01, 20
09:54
261

Bakı metrosunda qatar yoluna pirotexniki vasitə atıldı

Dünən saat 18:40 radələrində Bakı metrosunun “28 May” stansiyasında qatarların hərəkətində beş dəqiqəlik fasilə yaranıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Report-a bildirib ki, fasiləyə səbəb həmin stansiyada naməlum sərnişinin qatar yoluna pirotexniki vasitə atması olub:

“Naməlum sərnişin özüalışan və tüstü buraxan pirotexniki vasitəni üzü “İçərişəhər” stansiyası istiqamətinə gedən tunelə atıb. Partlayış səsi eşidildikdən sonra təlimata uyğun olaraq qatarların hərəkəti, gərginlik dayandırılıb.

Əraziyə baxış keçirildikdən sonra qatarların hərəkəti bərpa edilib. Bu isə təxminən 5 dəqiqəlik fasiləyə səbəb olub. Xoşbəxtlikdən metroda heç bir tüstülənmə və yanğın olmayıb. Sadəcə həmin vasitənin özü yanıb”.

patrul.az

Bizimlə əlaqə saxlayın

birbank