01 
01
20
09:03
569

Bakıda 2 avtomobil toqquşdu, xəsarət alan var - VİDEO

01, 01, 20
09:03
569

Bakıda 2 avtomobil toqquşdu, xəsarət alan var - VİDEO

Nəsimi rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

patrul.az, Oxu.Az-a istinadən xəbər veiri ki, qəza Vaqif prospektilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində qeydə alınıb.

İlkin məlumata görə, Həsənov Rəşad Nəriman oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə işıqforun yaşıl işığında hərəkətdə olarkən C.Hacıbəyli küçəsində hərəkətdə olan, Quliyev Namiq Təyyar oğlunun idarə etdiyi “Kia” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə nəticəsində “Kia”nın sürücüsü N.Quliyev xəsarət alıb.

Məlumata görə, qəzaya “Kia”nın yüksək sürətlə hərəkətdə olması səbəb olub. Əraziyə DYP VƏ Təcili Tibbi Yardım briqadası cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.

 

Bizimlə əlaqə saxlayın

birbank