15 
09
23
18:55
135

Sahil bağında gənc qız bıçaqlandı, saxlanılan var

15, 09, 23
18:55
135

Sahil bağında gənc qız bıçaqlandı, saxlanılan var

Bu gün Bakının mərkəzində yerləşən Sahil bağında gənc qız bıçaqlanıb.
Patrul.az” xəbər verir ki, naməlum şəxs mübahisə etdiyi qızı bıçaqlayaraq hadisə yerindən uzaqlaşıb.
DİN Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev saytımızın sorğusuna cavab olaraq bildirib ki, Səbail rayonu ərazisindəki Sahil parkında bir qadının kəsilmiş-deşilmiş xəsarətlər alması barədə polisə məlumat daxil olub:

“Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Sadıq Sadıqov müəyyən olunaraq saxlanılıb. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. S.Sadıqov barədə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsilə cinayət işi başlanılıb. Araşdırma aparılır”.

Bizimlə əlaqə saxlayın

birbank