08 
09
23
16:41
149

Gəncədə avtobus köşkə çırpıldı - FOTO

08, 09, 23
16:41
149

Gəncədə avtobus köşkə çırpıldı - FOTO

Gəncədə sərnişin avtobusu qəza törədib.
Patrul.az” xəbər verir ki, hadisə bu gün şəhərin Yeni Gəncə yaşayış massivində yerləşən dairədə qeydə alınıb. 9 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq dayanacağa, sonra isə dayanacağa bitişik olan köşkə çırpılıb.

Qəza zamanı köşkdə çalışan 33 yaşlı Ü.Heydərov xəsarət alıb. Ona hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları kömək edib.
İlkin etimalara görə qəzaya sərnişin avtobusunun əyləc sistemində olan nasazlıq səbəb olub.
Faktla bağlı araşdırma aparılır.




Bizimlə əlaqə saxlayın

birbank