01 
09
23
10:24
135

16 yaşlı oğlan qəza törədib qaçdı - Ölən var

01, 09, 23
10:24
135

16 yaşlı oğlan qəza törədib qaçdı - Ölən var

Sabirabadda sürücülük hüququ olmayan 16 yaşlı oğlan ağır qəza törədib.
Patrul.az” xəbər verir ki, dünən saat 03 radələrində 2007-ci il təvəllüdlü K.N. “Ford Transit” markalı yük avtomobili ilə piyadanı vurub.
Sürücülük hüququ olmayan yeniyetmənin maşınla vurduğu 1957-ci il təvəllüdlü piyada, Sabirabad rayon sakini Məhərrəmov Qurbanəli İsmayıl oğlu hadisə yerində ölüb.
Qəzadan sonra K.N. yük maşını ilə birgə hadisə yerindən qaçıb.
Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb.

Bizimlə əlaqə saxlayın

birbank