27 
08
23
16:41
138

Ata və oğulun idarə etdiyi avtomobillər toqquşdu - Ölən və yaralanan var

27, 08, 23
16:41
138

Ata və oğulun idarə etdiyi avtomobillər toqquşdu - Ölən və yaralanan var

Ucarda ata və oğulun idarə etdiyi avtomobillər toqquşub.
Patrul.az” APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Ucar-Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb.
Ucar rayonunun Qazyan kənd sakini, 1956-cı il təvəllüdlü Tahir Musa oğlu Əhədovun idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə oğlu, 1984-cü il təvəllüdlü Abdul Tahir oğlu Əhədovun idarə etdiyi eyni markalı maşın toqquşub.

Nəticədə ata və oğul ağır xəsarət alıb, təcili tibbi yardım avtomobili ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Həkimlərin səyinə baxmayaraq Tahir Əhədov həyatını itirib.

Bizimlə əlaqə saxlayın

birbank