25 
08
23
12:49
176

Hacıqabulda ağır qəza - Ölənlər var

25, 08, 23
12:49
176

Hacıqabulda ağır qəza - Ölənlər var

Hacıqabulda mikroavtobus iki nəfəri vuraraq öldürüb.
Patrul.az” APA-ya istinadən xəbər verir ki, hadisə saat bir radələrində Bakı-Qazax magistralının Hacıqabul rayonu Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes Vito” markalı mikroatobus yolu keçən piyadaları vurub.
Onlardan biri - Muğan sakini, 1996-cı il təvəllüdlü İbadov Murad Elçin oğlu hadisə yerində keçinib, onun həmkəndlisi,1997-ci il təvəllüdlü Rzaquliyev Kənan Azər oğlu isə xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

birbank