Başından aşağı qaynar su tökülən 3 yaşlı Xədicənin sizin köməyinizə ehtiyacı var - FOTO
Başından aşağı qaynar su tökülən 3 yaşlı Xədicənin sizin köməyinizə ehtiyacı var - FOTO
Üç yaşlı körpə bədbəxt hadisə ilə üzləşib.
"Patrul.az" məlumat verir ki, bu barədə Oxu.Az-a onun anası Kamalə Ruşanova məlumat verib.
O qeyd edib ki, 2020-ci il təvəllüdlü övladı Xədicə Ruşanzadə ağır yanıq xəsarətləri alıb:
“İyulun 19-da biz Ucarda yas mərasimində iştirak edirdik. Bu zaman qızım bir qıraqda dayanmışdı. Ondan bir az aralıda odun sobasının üzərində qaynayan çaydan qəfil partladı və qızımın başına dəydi. Biz Xədicəni dərhal Bakıdakı xəstəxanaya çatdırdıq. O, həmin tarixdən xəstəxanada müalicə alıb. Daha sonra maddi cəhətdən çətinlik çəkdiyimiz üçün xəstəxananı tərk etdik.
Ailə ilə əlaqə: (077) 518-30-31