18 
08
23
21:24
144

Maşını ağaca çırpdı - Özü ilə bərabər 3 uşaq öldü+Yenilənib

18, 08, 23
21:24
144

Maşını ağaca çırpdı - Özü ilə bərabər 3 uşaq öldü+Yenilənib

Şəkidə ağır yol - nəqliyyat hadisəsi baş verib.
Patrul.az" ın məlumatına görə, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonu Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı 3 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilir.
Avtomobildə sıxılmış vəziyyətdə qalan şəxsin çıxarılması üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasedciləri cəlb edilib.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, bu gün saat 19 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Nicat Mirzəyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.
Nəticədə sürücü və  avtomobildə olan 3 azyaşlı vəfat edib, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.



Bizimlə əlaqə saxlayın

birbank