14 
08
23
13:06
218

Tovuzda xəstəxanada dördgünlük körpənin ölməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

14, 08, 23
13:06
218

Tovuzda xəstəxanada dördgünlük körpənin ölməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Tovuz Rayon Mərkəzi Xəstəxanasında təbii üsulla dünyaya gələn dördgünlük körpənin ölməsi faktı ilə bağlı açıqlama verib.
"Patrul.az" bildirir ki, Ağstafa rayon sakini 23 yaşlı, 36 həftəlik hamilə Qasımova Pərvanə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə vaxtından əvvəl doğuş diaqnozu ilə daxil olub:

“Qız cinsli, çəkisi 2500 qram və boyu 48 santimetr olan uşaq Apqar şkalası üzrə 6/7 bal ilə qiymətləndirilib. Pediatrlarla konsilium təşkil olunub, zəruri tibbi müayinə və müalicə təyin olunub, yenidoğulmuş  süni tənəffüs cihazına qoşulub. Diaqnozu anadangəlmə soltərəfli bronxopnevmoniya olan uşaq 4-cü sutkasında aparılan reanimasiya tədbirlərinə baxmayaraq, vəfat edib. Meyit təşrihə verilib”.

09:44
Tovuzda xəstəxanada dördgünlük körpə ölüb.
Patrul.az" ın əldə etdiyi məlumata görə, Ağstafa rayon sakini, 2000-ci il təvəllüdlü Pərvanə Qasımova avqustun 9-da Tovuz Rayon Mərkəzi Xəstəxanasında təbii üsulla uşaq dünyaya gətirib.
Lakin yeni doğulmuş körpə avqustun 13-də həmin xəstəxanada dünyasını dəyişib.
Qadının yaxınları iddia edirlər ki, körpə həkim səhlənkarlığı nəticəsində ölüb.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

birbank