07 
08
23
09:58
112

Maşını aşırdı, sərnişini öldü

07, 08, 23
09:58
112

Maşını aşırdı, sərnişini öldü

Goranboyda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
Patrul.az” xəbər verir ki, hadisə rayonun Veysli kəndi yaxınlığında  qeydə alınıb. Hərəkətdə olan "VAZ 2106" markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb.
 
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov hadisə ilə bağlı danışıb: “Avqustun 7-də səhər saatlarında Goranboy rayon Veysli kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə Goranboy Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, sürücü Babək Hüseynov VAZ markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırıb və nəticədə sərnişin, 1994-cü il təvəllüdlü Seymur Verdiyev hadisə nəticəsində ölüb”.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

birbank