15 
11
19
13:04
399

Bakıda xanım sürücü qəza törətdi

15, 11, 19
13:04
399

Bakıda xanım sürücü qəza törətdi

Bakının Nərimanov rayonunda iki avtomobilin iştirakı ilə yol qəzası baş verib.

patrul.az, APA TV-yə istinadən xəbər verir ki, Faiq Yusifov küçəsi ilə yüksək sürətlə hərəkətdə olan və xanım sürücünün idarə etdiyi "Nissan" markalı minik avtomobili yol-hərəkəti nişanının tələbini pozaraq yoluna davam edib.

Bu zaman onun avtomobili Təbriz küçəsi ilə hərəkətdə olan "Mercedes" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "Mercedes" yol kənarındakı səkiyə və ağaca çırpılıb.

Qəza zamanı "Nissan"ın sürücüsü 1985-ci il təvəllüdlü Lalə Rafiq qızı Mehdiyeva xəsarət alıb, avtomobillər isə deformasiyaya uğrayıb.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP xidmətinin əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

birbank