01 
06
23
21:55
73

Naxçıvanda 31 yaşlı kişi qətlə yetirildi - Yenilənib

01, 06, 23
21:55
73

Naxçıvanda 31 yaşlı kişi qətlə yetirildi - Yenilənib

Mayın 31-də saat 19 30 radələrində Naxçıvan MR Şərur rayon Püsyan kəndində kənd sakini 1992-ci il təvəllüdlü Şıxəliyev Xəlil Həsən oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub. 

Muxtar Respublikanın Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Patrul.az“a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakini 1985-ci iı təvəllüdlü Nəcəfov Gündüz Nəcəf oğlu saxlanılıb. 
Araşdırmalar davam etdirilir.
***
Hadisə ilə bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğu məlumat yayıb.
Qurumdan “Patrul.az"a bildirilib ki, mayın 31-i Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini 1992-ci il təvəllüdlü 

Şıxəliyev Xəlil Həsən oğlunun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Nəcəfov Gündüz Nəcəf oğlunun yaşadığı Püsyan kəndi ərazisində həmkəndlisi Xəlil Şıxəliyevi bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və Gündüz Nəcəfov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir.

Bizimlə əlaqə saxlayın

birbank