27 
12
19
13:18
373

Dördüncü zolaqdan geriyə dönmək istədi, dəhşətli qəza törətdi - VİDEO

27, 12, 19
13:18
373

Dördüncü zolaqdan geriyə dönmək istədi, dəhşətli qəza törətdi - VİDEO

Bakıda baş vermiş dəhşətli qəza anı kameraya düşüb.

patrul.az, Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Mərdəkan yolunda baş verib.

Şəhər istiqamətində hərəkətdə olan "VAZ 2107" markalı avtomobilin sürücüsü 4-cü zolaqdan geriyə dönmə istiqamətində hərəkət etmək istəyib. Bu zaman öz yolu ilə gələn avtomobilin qarşısına çıxıb. Hadisə nəticəsində dəhşətli qəza baş verib. Avtomobillər yararsız vəziyyətə düşüb, sürücülər ağır xəsarət alıblar. 

Qeyd edək ki, bir çox hallarda sürücülər analoji hərəkətlər edir. Geriyə dönmə yerinə cəmi 100 metr qalmış sağ zolaqdan qəfil manevr edərək zolaqlar üzrə hərəkət qaydasını pozurlar ki, bu zamanda ağır qəzalar baş verir. Videonu təqdim edirik:

 

Bizimlə əlaqə saxlayın

birbank