27 
12
19
11:42
271

Kürdəmirdə yol qəzası olub - VİDEO

27, 12, 19
11:42
271

Kürdəmirdə yol qəzası olub - VİDEO

Kürdəmirdə yol qəzası baş verib.

Report-un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Sürücü, 1988-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Əsgərov Elxan Tahir oğlu "Volkswagen Passat" markalı avtomobillə Bakı istiqamətində hərkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxıb. Hadisə zamanı sürücü E.Əsgərov müxtəlif növ bədən xəsarətləri alıb. O, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib.

Hadisəyə sürücünün sükan arxasında yuxulaması səbəb olub.

Fakt araşdırılır.

patrul.az

Bizimlə əlaqə saxlayın

birbank