27 
12
19
09:39
245

Bakının iki ayrı rayonunda iki piyada vuruldu

27, 12, 19
09:39
245

Bakının iki ayrı rayonunda iki piyada vuruldu

Bakıda piyadaların vurulması ilə nəticələnən iki qəza hadisəsi baş verib. 

patrul.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisələrdən biri Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb. 
Minik avtomobili 1976-cı il təvəllüdlü Babayev Vüqar Səfər oğlunu vurub.

Yaralı xəstəxanaya çatdırılıb. Ona sağ dizin əzilmiş yarası, barmaqların sıyrılmış-kəsilmiş yarası diaqnozu qoyulub.
Xətai rayonunda da yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Qəza “Tac Mahal” restoranının yaxınlığında qeydə alınıb.
Avtomobil yolu keçmək istəyən 1989-cu il təvəllüdlü Cəfərov Nəriman Zaur oğlunu vurub.

Yaralı xəstəxanaya çatdırılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

birbank