26 
12
19
12:35
199

Lənkəranda intihar hadisəsinin qarşısı alınıb

26, 12, 19
12:35
199

Lənkəranda intihar hadisəsinin qarşısı alınıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Lənkəran şəhərində 1 nəfər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihar etmək istəyib. 

FHN-dən APA-ya verilən məlumata görə, nazirliyin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. 

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

patrul.az

Bizimlə əlaqə saxlayın

birbank