25 
12
19
10:11
281

Bakıda yaşlı qadını maşınla vurub qaçdılar

25, 12, 19
10:11
281

Bakıda yaşlı qadını maşınla vurub qaçdılar

Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı 62 yaşlı qadın ağır xəsarət alıb.

Qəza Mərdəkan qəsəbəsində baş verib. Belə ki, minik avtomobili yolu keçmək istəyən 1957-ci il təvəllüdlü Xəlilova Mələknisə Bayram qızını vurub. Hadisəni törədən sürücü ərazidən yayınıb.

Ağır xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib. Ona ayağın əzilmiş yarası, qarının və döş qəfəsinin küt travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.

patrul.az

Bizimlə əlaqə saxlayın

birbank